Bakı Slavyan Universitetində "Aprel döyüşləri- Zəfərin başlanğıcı" adlı görüş keçirilib

      

Aprelin 6-da Bakı Slavyan Universiteti (BSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Aprel döyüşləri -Zəfərin başlanğıcı " adlı görüş keçirilib.

Görüşün  qonağı Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Aprel döyüşlərinin iştirakçısı, Aprel qazisi Hikmət Məmmədov olub. Kapitan Hikmət Məmmədov görüşdə tələbə-gənclərə şanlı Aprel döyüşləri barədə geniş məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Görüş böyük ruh yüksəkliyi ilə başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi