31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans – vebinar

Bakı Slavyan Universitetində 2021-ci il mart ayının 31-də saat 12:00-da Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin və Beynəlxalq münasibətlər kafedrasının birgə təşkilatçılığı ilə 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans – vebinar keçiriləcək.
 
Elmi konfrans-vebinarda 1918-ci il martın 31-də Bakı şəhərində və Bakı quberniyasının müxtəlif  bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir,Naxçıvan, İrəvan və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımından tarixi faktlar və sənədlər əsasında bəhs ediləcək. 
 
Mətbuat və informasiya şöbəsi