“Britaniya və Amerika jurnallarında nəşr olunma” adlı tədqiqat seminarı keçirilib

Bakı Slavyan Universitetinin (BSU) professor -müəllim heyəti, doktorantlar, dissertant və magistrları Erasmus+ PETRA layihəsinin davamı olaraq Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə “Britaniya və Amerika jurnallarında nəşr olunma” adlı tədqiqat seminarında iştirak ediblər. Seminara Azərbaycandan və xarici ölkələrin müxtəlif universitetlərindən çoxlu sayda iştirakçı qatılıb.

Seminarın budəfəki qonağı Böyük Britaniyanın London Middlesex Universitetinin fəxri professoru Paul Gibbs olub. Dünyada təhsil sahəsində çox tanınmış tədqiqatçı olan professor P.Gibbs yüksək impakt faktorlu akademik jurnallara məqalələrin hazırlanması, onlara nəşriyyatlar tərəfindən rəylərin verilməsi haqqında danışıb. P.Gibs hazırlanan məqalələrin Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının jurnallarında necə nəşrə göndərilməsi haqqında ətraflı məlumat verib.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib. BSU-nun əməkdaşları müzakirələrdə fəal iştirak ediblər.

 

Mətbuat və informasiya şöbəsi