“Tələbələrin onlayn təhsildə iştirakı” adlı tədqiqat seminarı keçirilib

Bakı Slavyan Universitetinin ( BSU) bir qrup əməkdaşı və elmi tədqiqat təcrübəsində olan II tədris ili magistrları Xəzər Universitetinin Təlim və Tədris Mərkəzinin Erasmus + PETRA layihəsi çərçivəsində keçirilən virtual tədqiqat seminarında iştirak ediblər. Seminarın qonağı Türkiyə Respublikasının Qazi Universitetinin təhsil fakültəsinin əməkdaşı, professor Salih Şahin olub. Onlayn seminarda pofessor S.Şahin “Tələbələrin onlayn təhsildə iştirakı” mövzusunda maraqlı təqdimatla çıxış edib.

Salih Şahin təqdimatında əyani və onlayn təhsildə tələbələrin fəal iştirakının vacibliyini vurğulayıb. Professor qeyd edib ki, müəllimlər müasir təhsil sistemində hər zaman yeni metod və üsullardan istifadə etməli, tədris prosesinin düzgün planlaşdırılmasına səy göstərməlidirlər.

İştirakçıların böyük marağına səbəb olan seminar mövzu ətrafında müzakirələrlə davam edib.


Mətbuat və informasiya şöbəsi