Bakı Slavyan Universitetinin bir qrup əməkdaşı “Microsoft Educator” sertifikatlarına layiq görülüb

       

   

Bakı Slavyan Universitetinin (BSU) bir qrup əməkdaşı “Microsoft Educator Center” portalı üzərindən treninq və kursların bir qismini müvəffəqiyyətlə başa vurub.

Məlumat üçün bildiririk ki, BSU-nun Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin üç əməkdaşı: Nurlan Məmmədov, Aynur Əhmədova, Səbinə Musayeva, Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Leyla Musayeva və Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Məlakə Elyasova  “Microsoft Teams” distant kurslarının test mərhələsini uğurla başa vuraraq müvafiq sertifikatlar əldə ediblər.

Qeyd edək ki, distant təhsil texnologiyaları vasitəsilə tədris prosesini uğurla təşkil edən BSU sənəd qəbulu, apelyasiya, alt və fərdi qruplara ərizə qəbulunu tam elektronlaşdırmaqla təhsilalanlara çevik və keyifiyyətli nəticələr təqdim edib.

Payız semestrinin imtahan sessiyasını onlayn formada həyata keçirərək prosesi uğurla yekunlaşdıran BSU-nun tələbə və magistrantları arasında aparılan anonim anket sorğusunun nəticələri göstərmişdir ki, pedaqoji prosesin bir çox sahələrini əhatə edən distant təhsil texnologiyalarından istifadə kifayət qədər səmərəlidir.

 

BSU-nun Mətbuat və informasiya şöbəsi