Bakı Slavyan Universitetinin tələbəsi Tural Məmmədli I yerə layiq görülüb

      

Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin III tədris ili tələbəsi, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı BSU ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü Tural Məmmədli “ASAN Könüllülük Məktəbi”nin “Master 1” pilləsi çərçivəsində 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində könüllü fəaliyyətini başa vurduğuna görə II dərəcəli şəhadətnaməyə, “ASAN Könüllüləri” Təşkilatı və 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin əməkdaşlığı ilə həyata keçirilən ulu öndər  Heydər Əliyevin anım gününə həsr olunmuş videoçarxda fəal iştirakına görə təşəkkürnaməyə, həmçinin “ASAN Könüllüləri” Təşkilatı “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı ilə həyata keçirilən “Sənət xadimləri” layihəsi çərçivəsində Xalq şairi Xəlil Rza Ulutürkün həyat və yaradıcılığına həsr etdiyi videoçarxa görə I yerə laiq görülüb.

 

Mətbuat və informasiya şöbəsi