Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsinin III tədris ili tələbəsi Fidan Rəhimli “ASAN Könüllülük Məktəbi”nin “Master 1” pilləsi çərçivəsində 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində könüllü fəaliyyətini başa vurduğuna görə II dərəcəli şəhadətnaməyə, həmçinin “ASAN Könüllüləri” Təşkilatı “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə həyata keçirilən “Sənət xadimləri” layihəsi çərçivəsində Xalq şairi Xəlil Rza Ulutürkün həyat və yaradıcılığına həsr etdiyi videoçarxa görə I yerə laiq görülüb.
Mətbuat və informasiya şöbəsi