Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakültəsinin III tədris ilinin 305-ci qrup tələbəsi Murad Osmanlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində könüllü kimi 6 aylıq təcrübə proqramında iştirak edib, O, təcrübə müddətində fəallığı və iş bacarığı ilə seçildiyinə görə sertifikat və xüsusi tövsiyə məktubuna layiq görülüb. Qeyd edək ki, Murad Osmanlı təcrübə proqramının müsahibə mərhələsində 150-200 nəfər tələbə arasından seçilərək təcrübə proqramında iştirak etmək hüququ qazanıb. Könüllü hazırda Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində fəaliyyətini davam etdirir.
Mətbuat və informasiya şöbəsi