İsveçrə-Azərbaycan əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq, akkreditasiyalı təlimlərdən biri Türkiyə Respublikasının Ege Universiteti akademik heyətinin iştirakı ilə keçirilib. Seminar mövzuları sinfin idarə olunması, məktəbin idarə olunması, dəyişiklik və münaqişənin idarə olunması, informasiya dövründə təhsil kimi vacib məzmunları əhatə edib.Seminarın məruzəçiləri qismində Ege Universitetinin dosenti Osman Ferda Beytekin və həmin universitetin professoru Urfat Nuriyev çıxış ediblər.
Həmin seminarda Bakı Slavyan Universitetinin İbtidai təhsil kafedrasının əməkdaşları iştirak ediblər. Onlar iki gün ərzində yuksək səviyyəli məruzəçilərin dinləyicisi olublar.
Seminarın birinci günü dosent Osman Ferda Beytekin sinfin idarə olunması, sinfin idarə olunması ilə şagird müvəffəqiyyəti arasindakı əlaqə, sinfin idarə olunmasına liderlik yönumlu yanaşma, müəllim bacarıq və səriştələrinə həsr olunmuş məruzələrlə çıxış edib.
Seminarın ikinci günü məruzəçi sinfin idarə olunması təməlləri,sinfin idarə olunmasına təsir edən amillər, tədris prosesində qarşılıqlı əlaqə, sinfin idarə olunmasında istənilməyən davranışların idarə olunması kimi vacib məsələlərdən bəhs edib.
Professor Urfat Nuriyev isə təhsillə bağlı maraqlı məruzə ilə çıxış edib.
Sonda hər iki məruzəçi seminar iştirakçılarının bir çox suallarına cavab verib və geniş müzakirələr aparıblar. İbtidai təhsil kafedrasının əməkdaşları seminarın sonunda beynəlxalq sertifikatlara layiq görülüblər.
Mətbuat və informasiya şöbəsi