Bakı Slavyan Universitetinin tələbələri təbrik aksiyasında fəal iştirak ediblər

      

   

Bakı Nəqliyyat Agentiliyinin “Nəqliyyat Könüllüləri” proqramının və Azərbaycan Könüllü Təşkilatları İttifaqınının birgə təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən Azərbaycan könüllüləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik aksiyası keçiriblər. Aksiyada "Formula 1" könüllüsü, Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin III tədris ili tələbəsi Ayxan Əzizov və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının könüllüsü, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətilər, regionşünaslıq və jurnalistika fakültəsinin II tədris ili tələbəsi Murad Hüseynli fəal iştirak ediblər.

Martın 5-də keçirilən aksiya çərçivəsində "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində, avtobuslarda və dayancaqlarda gənc könüllülər xanımlara gül və "Nizami İli" münasibətilə hazırlanan Nizami Gəncəvinin müdrik kəlamları yazılmış açıqcaları ilə xanımlara təqdim ediblər. Xanımlara 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə xoş arzularını çatdırıblar.

Könüllülərin bu sosial təşəbbüsü xanımlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Onlar könüllülərə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Mətbuat və informasiya şöbəsi