“Bolqarıstan dövlətçiliyin bərpası” mövzusunda mühazirə

   

3 mart  Bolqarıstan üçün mühüm bir tarixdir. Bu tarix Bolqarıstanın qurtuluş, qələbə və müstəqilliyinin bərpasını qeyd etdiyi gündür. 5 mart 1990-cı ildə Bolqarıstan Respublikası Milli Məclisinin qərarı ilə 3 mart tarixi Bolqarıstanda milli bayram elan edildi. 1878-ci ilin bu günü kiçik San-Stefano qəsəbəsində Rusiya ilə Osmanlı İmperiyası arasında barışıq müqaviləsi imzalandı. Bu müqavilə nəinki  onların arasındakı müharibəyə son qoyur, eyni zamanda təxminən 5 əsr davam edən Osmanlı hökmdarlığından sonra Bolqarıstan dövlətçiliyinin bərpasına təkan verir.

Bu tarixi günlə  bağlı Bakı Slavyan Universitetinin (BSU) Bolqar Tədris-Mədəniyyət Mərkəzi və Bolqarıstanın Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə BSU-nun bolqarşünas tələbələri üçün onlayn formatda “Bolqarıstan dövlətçiliyin bərpası” mövzusunda mühazirə təşkil olunub. Mühazirəni Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Bolqar tarixi kafedrasının müdiri, professor Veselin Yançev oxuyub.

Mühazirə dinləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Mətbuat və informasiya şöbəsi