Bakı Slavyan Universitetinin tələbəsi Yusubzadə Mədinə İslam qızı müxtəlif sertifikatlarla təltif edilib

          

     Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi  fakultəsinin III tədris ili tələbəsi Yusubzadə Mədinə İslam qızı təhsil sahəsində həyata keçirilən müxtəlif proqram və layihələrin icrasında aktiv iştirakına görə Azərbaycan Maarifçilər Assosiasiyası və "Təhsil Könüllüləri" təcrübə proqramının rəhbəri Tofiq Sadıxov tərəfindən sertifikatla və  ASAN Könüllülük məktəbinin Master 1 pilləsi çərçivəsində 5 saylı Bakı “Asan xidmət” mərkəzində könüllü fəaliyyətinə görə II dərəcəli şəhadətnamə ilə təltif olunub.
     Bizdə bu münasibətlə Yusubzadə   Mədinəni təbrik edir, ona uğurlarının davamlı olmasını   arzulayırıq.

Mətbuat və informasiya şöbəsi