Bakı Slavyan Universitetinin tələbəsi Murad Hüseynli təşəkkürnamə ilə təltif edilib

Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən “Könüllülər İli”nin ən fəal könüllülərinin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, mərasimdə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin II tədris ili tələbəsi, könüllü fəaliyyətində fərqləndiyinə görə Azərbaycan könüllüsü Murad Hüseynli “Pandemiya dövründə könüllülük” nominasiyası üzrə təşəkkürnamə ilə təltif edilib.

Biz də bu münasibətlə Murad Hüseynlini təbrik edir, ona uğurlarının davamlı olmasını arzulayırıq.

 

Mətbuat və informasiya şöbəsi