Bakı Slavyan Universitetinin tələbəsi Samirə Fərəcova təşəkkürnamə ilə təltif edilib

     Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakültəsinin III tədris ili tələbəsi Samirə Fərəcova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri,  Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Yusuf Məmmədəliyev tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən həyata keçirilən layihələrdə fəal iştirakına görə Abşeron rayonunun koordinatoru olaraq təşəkkürnamə ilə təltif edilib.

                                     

     Qeyd edək ki, Samirə Fərəcova həm də “Bir” Tələbə-Könüllü Proqramının Bakı Slavyan Universiteti üzrə  koordinatorudur.

 

     Biz də bu münasibətlə Samirə Fərəcovanı təbrik edir, ona uğurlarının davamlı olmasını arzulayırıq.

 

Mətbuat və informasiya şöbəsi