Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin ll tədris ili tələbəsi Murad Hüseynli Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Yusuf Məmmədəliyev tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən həyata keçirilən layihələrdə fəal iştirakına görə Nərimanov rayonunun baş koordinatoru olaraq təşəkkürnamə ilə təltif olunub.
Biz də bu uğuru münasibətilə Murad Hüseynlini təbrik edir, ona təhsildə və gələcək sosial fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.
Mətbuat və informasiya şöbəsi