Bakı Slavyan Universitetinin tələbəsi təşəkkürnamə ilə təltif edilib

      

İsrail-Azərbaycan Ticarət Palatası (IACCI) ASAN Xidmət könüllüləri ilə birlikdə müharibə iştirakçılarının ailələri üçün xeyriyyə tədbiri həyata keçirib. Palatanın verdiyi məlumatda bildirilir ki, 27-30 dekabr 2020-ci il tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl ərəfəsində Palata nümayəndələri ASAN Xidmət könüllüləri ilə birlikdə Bakı və Sumqayıt şəhərindəki müharibə iştirakçılarının ailələrini ziyarət ediblər. Aksiya iştirakçıları Vətəni qoruyan igid əsgərlərin ailələri ilə görüşməkdən şərəf duyublar.
 
Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin III tədris ili tələbəsi Soltan İbrahimli də aksiyada fəal iştirak edən könüllülər arasında olub.
 
Qeyd edək ki, BSU-nun tələbəsi Sultan İbrahimli 1 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru Labidə Batıyeva tərəfindən 2020 ci-il "Könüllülər ili" münasibətilə il ərzində "ASAN Xidmət" Mərkəzində və sosial fəaliyyətində fərqləndiyinə görə təşəkkürnamə ilə təltif edib.
 
 
Mətbuat və informasiya şöbəsi