Bakı Slavyan Univeristetinin tələbəsi "İlin ən yaxşı gənc könüllüsü" seçilib

   

Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərin İnkişaf və Karyera Mərkəzinin sosial şəbəkələr üzərindən elan etdiyi müsabiqədə  "Bir" Tələbə-Könüllü Proqramının Bakı Slavyan Universiteti  üzrə koordinatoru, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin IV tədris ili tələbəsi Murad Ayazlı  Masallı rayonunda  “İlin ən yaxşı  gənc könüllüsü” seçilib.

Biz də fəal tələbəmiz Murad Ayazlını bu münasibətlə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, təhsildə və gələcək sosial fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

#bir #birkonullu #birkönüllü