Bakı Slavyan Universitetində “Ulu öndər Heydər Əliyev və uzaqgörən siyasəti” mövzusunda keçirilən esse müsabiqəsi başa çatıb

     Bakı Slavyan Universitetinin (BSU)  Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə bu ali təhsil müəssisəsində keçirilən müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş esse müsabiqəsi başa çatıb. Qeyd edək ki,bu esse müsabiqəsinin keçirilməsinin əsas məqsədi xalqımızın dünya şöhrətli dövlət və siyasi xadimi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin zəngin idarəçilik və dövlətçilik fəaliyyətini tələbə-gənclər arasında daha geniş miqyasda təbliğ etməkdir.

     Məlumat üçün bildiririk ki, esse müsabiqəsində 3 yer nəzərdə tutulub. Ən dolğun yazılan esselər seçilib və həmin esselər I,II və III yerlərə layiq görülüb. Esse müsabiqəsinin qalibləri sertifikatla təltif ediliblər. Onları sizə təqdim edirik:

     I yer- Xanım Qasımova

     II yer- Gülnar Qənbərzadə

     III yer- Zəminə Məmmdova

Esse müsabiqəsinin qalibi olan tələbə-gənclər onların yüksək səviyyədə təhsil almalarına və hərtərəfli formalaşmalarına göstərdiyi xüsusi diqqət və qayğıya görə BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevaya təşəkkür edərək göstərilən diqqət və qayğını,etimadı layiqincə doğruldacaqlarını bildiriblər.

Biz də esse müsabiqəsinin qalibi olan tələbə-gəncləri təbrik edir, onlara təhsildə və sosial fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

BSU-nun Mətbuat və informasiya şöbəsi