Məzunlarımızı tanıyaq!

     Kamal Heydər oğlu Ədalətli 1996-cı ildə  Zərdab rayonunda anadan olub. 2019-cu ildə Bakı Slavyan Universitetinin  Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnaslistika fakültəsindən məzun olub. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Kamal Ədalətli Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl,  Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə  düşmən snayperi tərəfindən yaralanaraq hospitalda müalicə alıb. Hazırda hərbi  xidmətini davam etdirir.

 

#victoriousazerbaijaniheroes