Əmrulla İsgəndər oğlu Əmrullayev 1993-ci ildə Bakı şəhərində anadan olub. 2015 – 2019-cu illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsində Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış əsasında yenidən Vətənə xidmətə yollanıb. Vətən müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Hazırda hərbi xidmətini davam etdirir.
#victoriousazerbaijaniheroes