Bakı Slavyan Universitetində professor Etibar Babayevin 70 illik yubileyinə həsr olunmuş onlaynkonfrans keçirilib

Dekabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq münasibətlər,regionşünaslıq vəjurnalistika fakültəsinin Jurnalistika kafedrasının professoru,Əməkdarjurnalist,pedaqoq-alim,”Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin Bədii Şurasının sədri Etibar Babayevin 70 illik yubileyinə həsr olunmuş onlaynkonfrans keçirilib. “Microsoft Teams”platforması üzərindən keçirilən konfransda BSU-nun rəhbərliyi, fakültə dekanları,dekan müavinləri, kafedra müdirləri,şöbə müdirləri və digər struktur bölmələrin məsul şəxsləri,professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva konfrans iştirakçılarını Qarabağ uğrunda apardığımız ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə münasibətilə təbrik edib və bu şanlı, parlaq Qələbənin sevincini,qürurunu xalqımıza yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevə ürəkdən təşəkkür edib və dövlət başçımıza ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı cəsarətli, qətiyyətli, fədakar fəaliyyətində yeni-yeni böyük nailiyyətlər arzulayıb.

Sonra rektor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin kollektivi adından professor Etibar Babayevi 70 illik yubileyi münasibətilə təbrik edib,ona möhkəm cansağlığı, elmi-pedaqoji və televiziya sahəsindəki fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb. Rektor Nurlana Əliyeva geniş və maraqlı çıxışında bildirib ki,ölkə ictimaiyyəti sizi böyük təşkilatçılıq bacarığına malik, yaradıcı, işgüzar, milli maraqlarımızın keşiyində duran, ulu öndər Heydər Əliyev məktəbinin davamçısı, sayıb-seçilən ziyalı kimi tanıyır. 50 illik yaradıcılığınızda müəllifi və aparıcısı olduğunuz maraqlı teleradio verilişləriniz, mətbuatda elmi-publisistik məqalələriniz, dərin mənalı kitablarınız, ictimai-siyasi dolğunluğu ilə seçilən çoxsaylı filmlərinizlə   milli jurnalistikamızda dönüş yaratmış parlaq simalardansız.

Azərbaycanla qardaş Türkiyə arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli  səmərəli  xidmətləriniz ürəklərdə həkk olunub. Sovet dönəmində Türkiyədən əsən azadlıq havasını televiziya ekranı vasitəsi ilə hər evə gətirən məhz Etibar Babayev oldu. Bu gün azərbaycanlıların göz-bəbəyi Türkiyənin həmin illərdə ən qapalı və əlçatmaz ölkələrdən biri olduğuna inanmaq çətindir. Bu çətin Sovet atmosferində tamamilə yeni formatda hazırlanmış türk səhnəsinin ulduzları ilə canlı müsahibələrinizdən ibarət “Sözlü-nəğməli İstanbul” müəllif proqramınız yaxınlaşan dəyişiklik ruzigarının rəmzi idi. Televiziya ekranından tamaşaçılar tək jurnalist Etibar Babayevi  deyil, yeni zamanın carçısını izləyirdilər.

2007-ci ildən BSU-da   səmərəli elmi-pedaqoji fəaliyyətiniz,  Jurnalistika kafedrasının yaradılmasında və formalaşmasında fəal iştirakınız, təşəbbüsünüz və təşkilatçılığınız ilə BSU-da Heydər Əliyev tələbə radio studiyasını  yaratmağınız, universitetin ictimai-mədəni həyatında yaxından iştirak etməyinizlə rəhbərliyin və kollektivin dərin hörmətini qazanmısınız.

Rektor Nurlana Əliyeva çıxışının sonunda professor Etibar Babayevə  gələcək fəaliyyətində yeni nailiyyətlər, parlaq gələcəyə yönələn layihələrində uğurlar,xoşbəxtlik, bol sevinc, könül xoşluğu arzulayıb.

Konfransda Jurnalistika kafedrasının müdiri, professor,Əməkdar jurnalist Şəlalə Həsənova, həmin kafedranın dosenti Mübariz Əhmədov professor Etibar Babayevin həyat və yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər. Onların məruzələrində professor Etibar Babayevin həyat və yaradıcılığı öz geniş əksini tapıb.

Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, Tərbiyə işləri prorektor,dosent Xanım Sultanova, Jurnalistika kafedrasının professoru Şahbaz Musayev, həmin kafedranın müəllimi Əhməd Əsgərov və başqaları çıxış edərək professor Etibar Babayevi istedadlı jurnalist, yüksək səviyyəli alim-mütəxəssis, nəcib, səmimi, qayğıkeş, xeyirxah insan,əsl ziyalı, gözəl ailə başçısı kimisəciyyələndirərək ona ən xoş arzu və diləklərini çatdırıblar.

 Professor Etibar Babayevgöstərilən diqqət və qayğıya görə BSU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb,öz yaradıcılıq planları barədə geniş məlumat verib.

Yubiley tədbiri hamıda sevinc hissi və xoş əhvali-ruhiyyə yaradıb.

 

BSU-nun Mətbuat və informasiya şöbəsi