“Heydər Əliyev və uzaqgörən siyasəti” mövzusunda esse yazı müsabiqəsi

     Bakı Slavyan Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi dahi şəxsiyyət, ümummilli lider, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş esse yazı müsabiqəsi keçirir.
 
     Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var. “Heydər Əliyev və uzaqgörən siyasəti” mövzusunda esse yazı müsabiqəsi də Ulu Öndərin zəngin ictimai-siyasi fəaliyyətinin tələbə-gənclər arasında təbliğinə xidmət edir.
 
     Məlumat üçün qeyd edək ki,müsabiqədə 3 yer ayrılacaq. Ən dolğun yazılan esse seçiləcək və I,II və III yerlərə layiq görüləcək.
 
     Qeyd:
 
     Essenin şrifti 14, intervalı 1.5 olmalı,“Microsoft Word”də, maksimum 2 səhifə həcmində, “New Roman” şrifti ilə yazılmalıdır.
 
     Esselər yazıldıqdan sonra huseynovaaygun60@gmail.com ünvanına göndərilməlidir.
 
     Qalib gələn esselərin müəllifləri sertifikat ilə təltif olunacaqlar.
 
     Esselərin son qəbul olunma tarixi:
 
     21 dekabr 2020-ci il saat 18 
 
Mətbuat və informasiya şöbəsi