Bakı Slavyan Universitetinin müəllim və tələbələri ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət ediblər-FOTOLAR

    

       

     Dekabrın 12-si Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin qurucusu, dünya şöhrətli siyasi xadim, böyük tarixi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Bu münasibətlə Bakı Slavyan Universitetinin fakültə dekanları, professor-müəllim heyəti,universitetdə fəaliyyət göstərən tələbə  təşkilatlarının nümayəndələri və tələbə-gəncləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

     Qeyd edək ki,dekabrın 11-də Bakı Slavyan Universitetində fəaliyyət göstərən Ölkəşünaslıq Klubunun və digər tələbə  təşkilatlarının təmsilçiləri Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Onlar həmçinin Şəhidlər xiyabanında olaraq Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini böyük hörmətlə yad ediblər.

 

Mətbuat və informasiya şöbəsi