Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

     Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
     “Instagram”da yayımlanmış təbrikdə deyilir:
 
     “Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır