Vətəni yaşadar igid oğullar...

Azərbaycan xalqının Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsi başa çatıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində qəhrəman Azərbaycan Ordusu düşmən üzərində şanlı, parlaq Qələbə qazandı. İşğaldan azad edilmiş tarixi yurd yerlərimizdə müqəddəs üçrəngli dövlət bayrağımızın dalğalanması bizə böyük sevinc, sonsuz qürur hissi yaşadır.

Böyük təəssüf hissi ilə qeyd etmək istəyirik ki, erməni təcavüzkarları ilə müharibədə şəhid olan, yaralanan oğullarımız var. Müdriklərimiz “Torpaq, uğrunda ölən varsa,Vətəndir!” - deyiblər. Xalqımızın düşmənlə ölüm-dirim mübarizəsində şəhid olan igid oğullarından biri də Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin məzunu Kənan Yalçın oğlu Rüstəmlidir.

Qeyd edək ki, Kənan Rüstəmli BSU-nu 2020-ci ildə bitirib. Həqiqi hərbi xidmətə yollanan Kənan Rüstəmli Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə düşmənə qarşı igidliklə vuruşub. Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz,Vətən bölünməz!

Qarabağ Azərbaycandır!

Mətbuat və informasiya şöbəsi