Bakı Slavyan Universitetinin igid məzunu

    

     Azərbaycan xalqının böyük oğlu, milli-azadlıq hərəkatının rəhbərlərindən biri, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabaninin belə bir gözəl deyimi var: “Vətənin ağır günündə silaha sarılıb onu qorumaq xalqın igid oğul və qızlarına xas olan xüsusiyyətdir”. Xalqımızın bu il sentyabr ayının 27-dən Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsi də bu deyimi bir daha təsdiq etdi. Qeyd edək ki,44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi, böyük siyasi iradəsi,sərkərdə qətiyyəti, möhtəşəm diplomatiyası və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində xalqımızın şanlı,parlaq qələbəsi ilə başa çatdı. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi naminə həyata keçirilən uğurlu hərbi əks-hücum əməliyyatlarında fəal iştirak edən igid oğullarımızdan biri də Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin məzunu Yaşar Mobil oğlu Hüseynlidir. Məlumat üçün onu da bildiririk ki, Yaşar Hüseynli Bakı Slavyan Universitetini 2020-ci ildə bitirib. Vətən müharibəsi başlayan gündən mənfur düşmənə qarşı döyüşlərdə iştirak edən Yaşar Hüseynli həmişə öz fəallığı,cəsarəti ilə seçilib. 44 gün hərbi əməliyyatlarda iştirak edən Yaşar Hüseynli Vətən müharibəsində düşmənə qarşı döyüşməsini özünün müqəddəs vətəndaş borcu hesab edir və qazanılan böyük tarixi Qələbəyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə bütün varlığı ilə minnətdardır. Biz də igid məzunumuz Yaşar Hüseynli ilə fəxr edir,ona möhkəm cansağlığı,uzun ömür,yeni-yeni nailiyyətlər arzulayırıq.

Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev!

Eşq olsun igid,mübariz, fədakar, qəhrəman Azərbaycan Ordusuna!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!

Mətbuat və informasiya şöbəsi