Azərbaycan filologiyası fakültəsində I tədris ili tələbələri ilə görüş keçirilib

Oktyabrın 15-də Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsində I tədris ili tələbələrinin əyani formada dərsə başlamaları münasibətilə onlarla görüş keçirilib.

Görüş zamanı Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev tələbə-gəncləri universitetə qəbul olunmaları münasibətilə təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb.

Görüşdə yüksək balla  Azərbaycan filologiyası fakültəsinə qəbul olunan Əsmər Bayramzadəyə və Briliant Aslanovaya hədiyyələr təqdim edilib. Eyni zamanda dekanlıq əməkdaşları tərəfindən I tədris ili tələbələrinə BSU-nun tarixi, keçdiyi böyük inkişaf yolu, hazırda bu ali təhsil müəssisəsində uğurla həyata keçirilən yeniliklər, islahatlar, layihələr haqqında geniş məlumat və kredit sistemi haqqında izahat verilib.

                                                                  Mətbuat və informasiya şöbəsi