Bakı Slavyan Universitetinin əməkdaşları və tələbələri diplomla təltif ediliblər

   

   

   

Bakı Slavyan Universitetinin (BSU) əməkdaşları və tələbələri növbəti uğura imza atıblar. BSU-nun Mətbuat Xidmətindən verilən məlumata görə, bu ali  təhsil müəssisəsinin Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şiqayeva və BSU-dakı Bolqar Tədris-Mədəniyyət Mərkəzinin mütəxəssisi Leyla Ocaqverdiyeva, eləcə də Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Fidan Siraczadə, Tərcümə fakültəsinin tələbələri Aysel Məmmədova, Aydan Babatova, Tərgül Əsədova, Fatimə Əliyeva Bolqarıstan Elmlər Akademiyasının professoru Lyubomir Andreyçin adına Bolqar Dili İnstitutu tərəfindən keçirilən "Yazılanlar qalır. Düzgün yazın!" kampaniyası çərçivəsində onlayn  formada təşkil olunan  imla müsabiqəsində iştirak ediblər. Qeyd edək ki, kampaniyanın keçirilməsinə BSU-nun  Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi dəstək verib.  

BSU-nun Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şiqayeva və BSU-dakı Bolqar Tədris-Mədəniyyət Mərkəzinin mütəxəssisi Leyla Ocaqverdiyeva, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Fidan Siraczadə, Tərcümə fakültəsinin tələbələri Aysel Məmmədova, Aydan Babatova, Tərgül Əsədova, Fatimə Əliyeva yüksək səviyyəli yazılarına görə diplomla təltif ediliblər.

BSU-nun Mətbuat Xidməti