BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin rəhbərliyi şəhid ailəsini ziyarət edib

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin rəhbərliyi və bir qrup tələbəsi həyata keçirdikləri “Qürurlu ol, əsgər anası!” layihəsi çərçivəsində Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası üzrə təhsil alan tələbə Pərvin Şirvaninin qardaşı Həsənağa Şirvaninin  şəhid olması xəbərini almış, şəhidin ailəsinə baş çəkmişdir. Şəhidin anasına başsağlığı verilmiş, səbirli olması tövsiyə edilmiş, şəhidə Allahdan rəhmət diləmişlər.

Nəzərinizə çatdırırıq ki, 14 iyul 2020-ci ildə Tovuz döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev də bu qrupda təhsil alır. Şəhid anası ilə görüşdə fakültənin rəhbərliyi torpaqlarımızın tezliklə düşmən işğalından azad olunacağını, şəhidlərimizin qanının yerdə qalmayacağını vurğulamışdır.

“Şəhidlər ölməz, Vətən bölünməz!” nidası söhbətin əsas mahiyyətini təşkil etmişdir.

BSU-nun Mətbuat Xidməti