Bakı Slavyan Universitetindən növbəti vətənpərvər addım

Azərbaycanın müasir ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan Bakı Slavyan Universiteti (BSU) tərəfindən növbəti vətənpərvər addım atılıb. Belə ki, oktyabrın 2-də BSU Silahlı Qüvvələrin Yardım Fonduna 20 min manat pul vəsaiti köçürüb. Bu barədə BSU-nun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,partiyanın Qadınlar Şurasının sədri, BSU-nun rektoru, professor Nurlana Əliyevanın müvafiq əmr və tövsiyəsinə uyğun olaraq universitet tərəfindən Azərbaycan Ordusuna yardım məqsədilə Silahlı Qüvvələrin Yardım Fonduna 20 min manat pul vəsaiti köçürülüb.

“Qeyd edək ki,  universitet kollektivinin könüllü şəkildə bu vacib aksiyaya qoşulması bu ali təhsil müəssisəsinin bir daha xalqla,dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Azərbaycan Ordusunun yanında olduğunu sübut edir”, - deyə BSU-dan bildirilib.

BSU-nun Mətbuat Xidməti