Sentyabrın 5-də Bakı Slavyan Universiteti (BSU) Ölkəşünaslıq Klubu İdarə Heyətinin 2020-2021-ci tədris ilində klubun fəaliyyəti ilə əlaqədar olaraq onlayn formada ilk iclası keçirilib.
"Zoom" platforması üzərindən təşkil olunan görüşdə Ölkəşünaslıq Klubunun sədri Aysel Qaybaliyeva çıxış edərək yeni tədris ilində klubun qarşısında duran əsas vəzifələr, təşkilatın həyata keçirəcəyi müxtəlif layihələr və mədəni-kütləvi tədbirlər barədə geniş məlumat verib.
Sonra İdarə Heyətinin üzvləri çıxış edərək irəli sürülən vəzifələrin uğurlu həlli, reallaşacaq yeni layihələr və ümumilikdə təşkilatın fəaliyyətinin daha da genişləndirilməsi üçün öz fikir və təkliflərini səsləndiriblər. Bununla da iclasın işi yekunlaşıb.
Mətbuat Xidməti