Azərbaycan Texniki Universiteti (AzTU) Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə Hər ZamanTəhsil həştəqi ilə start verdiyi yeni layihəyə qoşulur

Bildirmək istərdik ki, yeni tədris ilində AzTU-da “HUB 1887: İnnovasiya və Akselerasiya Mərkəzi” fəaliyyətə başlayacaq. 5 mərtəbədən ibarət olacaq mərkəzdə universitetin müəllim və tələbələri ilə yanaşı,digər şəxslərin də startap və innovasiyayönümlü ideyalarının dəstəklənməsi nəzərdə tutulur.

Startaplar elektronika, radiotexnika, mexatronika və robototexnika, biotexnika, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində avtomatika və İT həllərin işlənməsi sahəsi üzrə olacaq.

Mərkəzin 1-ci mərtəbəsi inkubasiya məqsədli olacaq, 2, 3 və 5-ci mərtəbələr inkubasiya mərhələsindən çıxmış startaplar üçün akselerasiya məqsədli olacaq, 4-cü mərtəbədə isə AzTU-nun tələbələrinin elmi tədqiqat, fərdi inkişaf və təlim xarakterli yaradıcılıq mərkəzi yerləşəcək.

Mərkəzə müraciət üçün AzTU-nun saytında xüsusi bölmə yaradılacaq.

Qeyd: paylaşılan foto mərkəzin inkubasiya hissəsinin nəzərdə tutulan planıdır.

Estafeti Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ötürürük.

Layihə çərçivəsində görülən işlərdən xəbərdar olmaq və müzakirələrdə iştirak etmək üçün müvafiq linkə (https://www.facebook.com/groups/ali.tehsil) daxil olaraq feysbuk qrupuna qoşula bilərsiniz.