BSU-da Qurtuluş Gününə həsr olunmuş onlayn formada tədbir keçirilib

Bakı Slavyan Univetsitetində (BSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş  onlayn formada tədbir keçirilib. Tədbirdə BSU-nun Azərbaycan multikulturalizmi və ölkəşünaslıq  kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Sevda Axundova, universitetin II tədris ili tələbəsi  Rəhilə Yusifova və   III tədris ili tələbəsi Sultan İbrahimli, TGT-nin İdarə Heyətinin üzvləri və fəalları  iştirak ediblər.                    

 

Tədbiri giriş sözü ilə açan Sultan İbrahimli   bildirib ki, 1993-cü il İyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib. Qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Azərbaycan multikulturalizmi və ölkəşünaslıq  kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Sevda Axundova ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımlar haqqında ətraflı məlumat verib.

Sonra  Rəhilə Yusifova çıxış edərək Ümummilli Liderin bütün Azərbaycan miqyasında həyata keçirdiyi xilaskarlıq missiyası və mütərəqqi islahatlar haqqında  məlumat verib.

Sonda isə TGT tərəfindən hazırlanmış və Milli Qurtuluş  Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mətbuat xidməti