İyunun 5-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə "Ali təhsil müəssisələrinin onlayn təqdimatı" layihəsi ilə bağlı tədbir keçirilib. Bakı Slavyan Universitetinin (BSU) Tələbə Gənclər Təşkilatının nümayəndəsi Rəhilə Yusifova tədbirdə iştirak edib. Tədbirdə Rəhilə Yusifova verilən sualları ətraflı cavablandırıb və BSU-da tələbələrlə bağlı həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edək ki, tədbirdə ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti barədə ətraflı fikir mübadiləsi aparılıb və belə layihələrin tələbə-gənclərin dünyagörüşünün genişlənməsinə və onların sosial fəallığının artmasına müsbət təsir etdiyi xüsusi vurğulanıb.
Mətbuat Xidməti