Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədilə qanunvericilik aktlarına edilmiş dəyişikliklər əsasında bakalavriat və magistratura səviyyələrində buraxılış ili tələbələrinin dövlət attestasiyasının keçirilməsi, magistr dissertasiyalarının müdafiəsinin təşkili, təcrübə üzrə kreditlərin toplanılması, eləcə də I-III tədris illərində təhsil alan tələbələrin yaz imtahan sessiyası üzrə cari və aralıq qiymətləndirilməsi ilə bağlı Bakı Slavyan Universiteti tələbələrinə edilən güzəştləri nəzərinizə çatdırırıq:
1.1.Dövlət imtahanı verən və ya buraxılış işi yazan buraxılış kurs tələbələri Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında dövlət imtahanından və buraxılış işinin müdafiəsindən azad olunurlar;
1.2. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında aparılmış qiymətləndirmədən narazı qalan tələbələrə buraxılış imtahanını verməyə şərait yaradılaraq Dövlət Attestasiya komissiyalarına 3 iyul 2020-ci il tarixədək onlayn qaydada imtahan verməsinə imkan yaradılır;
1.3.Buraxılş kurs tələbələrinin təcrübə üzrə qiyməti Ümumi Orta Müvəffəqiyyət Göstəricisi balına bərabər tutulur;
1.4. 1-2 akademik borcu olan buraxılış kurs tələbələrinin akademik borcları ləğv edilir;
1.5.Buraxılış ili tələbələrinə təkrar dinləmədən 1-2 fənn üzrə onlayn qaydada imtahan verməyə imkan yaradılır.
2.1. Magistr dissertasiyası mövzularını, tədqiqat obyekti və predmetini əks etdirən mətni müəyyən olunmuş normativlərə uyğun elektron və kağız formasında təqdim edirlər;
2.2.Elmi rəhbərin rəyi əsasında magistr dissertasiyası kafedralarda onlayn rejimdə müzakirə olunur. Dissertasiya mətni plagiat proqramından keçirildikdən sonra ilkin qiymətləndirilmə aparılır;
2.3. Magistr dissertasiyalarının müdafiəsi onlayn formada ixtisaslaşdırılmış müdafiə şuralarında aparılır.
3.Distant təhsilə tam şəkildə qoşulan I-III kurs tələbələrinin və magistratura səviyyəsində I kurs tələbələrinin cari və aralıq qiymətləndirilməsi aşağıdakı qaydada aparılır:
3.1.Tələbələrin 16 fevral-2 mart 2020-ci il tarixlərində dərsə davamiyyətinə10 bal verilir;
3.3.Sərbəst işlərin yerinə yetirilməsinə 10 bal verilir;
3.4. Cari qiymətləndirmənin Ümumi Orta Müvəffəqiyyət Göstəricisi əsasında aparılması və tələbələrin dinlədikləri fənn üzrə maksimum 30 bal toplaması üçün ÜOMG-si51-70 bal aralığında olan tələbələrə 17, 71-80 bal aralığında olan tələbələrə 20, 81-90 bal aralığında olan tələbələrə 25, 91-100 bal aralığında tələbələrə isə 30 bal verilməsi məqbul hesab edilir;
3.5. Tələbələr distant təhsilə tam şəkildə qoşulduqları fənlər üzrə imtahanlardan azad olunurlar;
3.6.ÜOMG əsasında cari və aralıq qiymətləndirilmədən azad olunan tələbələr imtahan ballarından narazı olduqları halda, onların apelyasiya komissiyasına onlayn formada müraciət etmələrinə şərait yaradılır.
4.1. İmtahanlarda iştirak üçün qeydiyyat fakültə və şöbələrdə iyunun 5-dək aparılır. İmtahan cədvəlləri tələbələrə iyunun 5-6 tarixlərində elan edilir;
4.2.Distant təhsilə qismən qoşulan və tamamilə qoşulmayan tələbələrin imtahanaqədərki balları distant təhsilə tam şəkildə qoşulan tələbələrdə olduğu kimi hesablanılır;
4.3.İmtahan sessiyası 10 iyun-10 iyul 2020-ci il tarixlərində onlayn formada təşkil olunur;
4.4.Distant təhsilə qismən qoşulan və ya qoşulmayan, yaz imtahan sessiyasında iştirak edə bilməyən akademik borcları yaranmış tələbələr üçün onlayn formada 10-28 avqust 2020-ci il tarixlərdə ödənişsiz məsləhət saatları və 1-11 sentyabr tarixlərində onlayn imtahanlar təşkil olunur;
4.5. Onlayn imtahanlar zamanı internet əlaqəsi kəsildiyi və ya tələbə verilmiş qrafikə uyğun imtahanda iştirak edə bilmədiyi halda fərdi qaydada təkrar onlayn imtahanlar təşkil olunur;
4.6.Tələbələr yaz imtahan sessiyası müddətində və sentyabrın 15-dək imtahan verə bilmədikləri halda, onlara növbəti imtahan sessiyaları ərzində şərait yaradılır.