“Ən yaxşı qiraətçi” onlayn müsabiqəsi

Bakı Slavyan Universitetində Tərcümə fakültəsinin Rus dili və mədəniyyətlər­arası kommunikasiya kafedrasınn təşkilatçılığı, Tərcümə və Beynəlxalq əlaqələr, regionşünaslıq və jurnalistika  fakültələrinin dəstəyi ilə “Evdə qal, təhsildən qalma!” aksiyası çərçivəsində tələbələrin potensialının genişləndirilməsi, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması məqsədilə  “Ən yaxşı qiraətçi” adlı onlayn müsabiqə keçirilib.  Müsabiqədə Tərcümə fakültəsi və Beynəlxalq əlaqələr, regionşünaslıq və jurnalistika  fakültələrinin I, II, III və IV tədris ili tələbələri iştirak ediblər. Ümumilikdə müsabiqədə 45 nəfər tələbə iştirak edib.

 

İştirakçılar arasında I tədris ili tələbələri üstünlük təşkil edib. Tələbələr 6 nominasiyada bacarıqlarını sınayıblar:

  1. Ən yaxşı şeir qiraətçisi
  2. Ən yaxşı hekayə qiraətçisi
  3. Ən yaxşı təmsil qiraətçisi
  4. Ən yaxşı nağıl qiraətçisi
  5. Ən yaxşı lirik ifa
  6. Ən yaxşı emosional ifa

Qeyd edək ki,3 nəfər tələbə 2 nominasiyada çıxış edib. Müsabiqə boyu tələbələr onlara rəhbərlik edən müəllimləri ilə onlayn məşğul olaraq,onlardan lazımi məsləhət və tövsiyə alıblar. Seçilmiş əsərlər arasında həm Azərbaycan, həm də dünya ədəbiyyatından nümunələr olub.

Müsabiqə Rus dili və mədəniyyətlər­arası kommunikasiya kafedrasınn təşkilatçılığı ilə keçirildiyi üçün seçilmiş əsərlər rus dilində səsləndirib. Sonra hazır olan materiallar tələbələrin ifasında videolara çəkilib və səsverməyə təqdim olunub.

Qaliblər kafedra əməkdaşlarının səs vermələri və müsabiqənin Münsiflər Heyətinin müzakirələri nəticəsində müəyyənləşdirilib. Səsvermədə növbəti meyarlar  nəzərə alınıb: əsər seçimi, nitqin intonasiya ifadəliyi, düzgün ədəbi tələffüz və ifadə vasitələrindən istifadə.

Nəticələr nominasiyalar üzrə ümumilikdə aşağıdakı kimi olub: I yerə 18, II yerə 10, III yerə 8 nəfər  tələbə layiq görülüb. Digər 9 nəfər tələbə isə iştirakçı adı qazanıb.

Müsabiqə qalibləri və iştirakçıları  müvafiq onlayn diplomlarla  mükafatlandırılıblar.   

Mətbuat Xidməti