"Heydər Əliyev və Azərbaycançılıq İdeologiyası"adlı bilik yarışı başa çatdı

Bakı Slavyan Universitetinin rəhbərliyi tərəfindən keçirilən ümummilli liderimiz Heydər Əliyevin doğum gününün 97- ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq İdeologiyası" adlı müsabiqənin qalibləri müəyyən olunub.

Bilik yarışında Bakı Slavyan Universitetində müxtəlif ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.Online formada keçirilən yarışda tələbələr 6 yarımbaşlıq üzrə ümumilikdə 30 suala cavab veriblər və onların arasından ilk üç yerin sahibi müəyyən olunub.

Elgün Ərəstun oğlu Məhyəddinli - Pedaqoji fakültə

Murad Mehman oğlu Xudaverdiyev - Beynəlxalq münasibətlər,regionşünaslıq və jurnalistika fakültəsi

Əsmər Əlikövsər qızı Bayramova - Beynəlxalq münasibətlər,regionşünaslıq və jurnalistika fakültəsi

Qaliblər online formada sertifikatlarla təltif olunublar. Yarışda iştirak edən bütün tələbələrə təşəkkürümüzü bildiririk.

                                                    Mətbuat Xidməti