"Böyük Müharibənin Böyük Qələbəsi" adlı esse müsabiqəsi başa çatdı

 

 

Ölkəşünaslıq Klubu tərəfindən Böyük Vətən müharibəsinin 75-ci ildönümünə həsr olunmuş "Böyük Müharibənin  Böyük Qələbəsi" adlı esse müsabiqəsinin qalibləri müəyyən olunub.

Esse müsabiqəsində Bakı Slavyan Universitetində müxtəlif ixtisaslarda təhsil alan tələbələr iştikar edib. Online formada keçirilən müsabiqəyə tələbələr tərəfindən 50-dən çox esse  göndərilib və onlar arasında ilk üç yerin sahibi müəyyən olunub.

 

1-ci yerin sahibi: Nizami İmran oğlu Bayramlı (Əlavə və qiyabi təhsil şöbəsi)

2-ci yerin sahibi: Ella Balasultanova Sakitovna (Məktəbəqədər təlim-tərbiyə və İbtidai təhsil fakültəsi)

3-cü yerin sahibi: Fatimə  Fuad qızı Şavruqova (Filologiya və Xarici dil müəllimliyi fakültəsi)

 

Tələbələr online formada sertifikatlarla təltif olunublar. Müsabiqədə iştirak edən bütün tələbələrə təşəkkürlərimizi bildiririk.

Mətbuat Xidməti