Azərbaycan filologiyası fakültəsinin Elmi Şurasının online iclası

 Bakı Slavyan Universitetinin ( BSU) Azərbaycan filologiyası fakültəsinin Elmi Şurasının online iclası keçirilmişdir. Elmi Şuranın iclasına fakültənin dekanı,professor Eldar Piriyev sədrlik etmişdir. İclasda  Tədris işləri üzrə dekan müavini, dosent Sədaqət Əsgərova, Təlim-tərbiyə işləri üzrə dekan müavini Yaqut Baxışova, professor Rəhilə Qeybullayeva , professor İkram Qasımov, professor Şaban Hüseynov, dosent Şəhla Əhmədova, dosent Vəfa Həsənova, dosent Aytən Nəzərova, dosent Gülxanım İsmixanova,  dosent Fərrux Məmmədov, baş müəllim Namiq Qafarov, baş müəllim Rəvanə Quliyeva  iştirak etmişlər.

İclasda ilk olaraq COVİD-19 pandemiyasının fəsadlarından  danışılmış, bütün dünyanın və Azərbaycan xalqının tezliklə bu bəladan qurtulması arzulanmışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyası əleyhinə ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir. Başda BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva olmaqla,universitetin kollektivi bu tədbirlərdə fəal iştirak edir.

Professor Eldar Piriyev Azərbaycan təhsilində online sistemə keçidin başlanması ilə əlaqədar olaraq yüksək məsuliyyətə görə fakültə dekanlığına və müəllimlərinə təşəkkür etmiş, Azərbaycanın gənc nəslinin daha dərin biliklərə sahib olması üçün  fakültə müəllimlərini bu işdə daha fəal və məsuliyyətli olmağa səsləmişdir.

Tədris işləri üzrə dekan müavini, dosent Sədaqət Əsgərova iclasın gündəliyində duran buraxılış işlərinin vəziyyəti haqqında məlumatı Elmi Şura üzvlərinin nəzərinə çatdırmışdır.Sonra Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov və Türkologiya kafedrasının müdiri, professor Şaban Hüseynov  bildirmişlər ki, son zamanlar  koronovirusla bağlı tələbələr  mərkəzi kitabxana ilə canlı təmasda ola bilməsələr də, buraxılış işlərinin tam yazılıb sona çatdırılması üçün tələbələrin elmi rəhbərləri onlara lazımi dəstək verirlər.

Sonda iclasda yaz semestrinin imtahan sessiyasına hazırlıq, imtahan suallarının sadələşdirilməsi və azaldılması  məsələləri müzakirə  olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.

 

                                            Mətbuat Xidməti