“Slavic Open” intellektual bilik yarışmasının qalibləri

   

Bakı Slavyan Universitetinin Gənc Diplomatlar və MUN klublarının birgə təşkilatçılığı ilə tələbə- gənclərin evdə qaldıqları müddət ərzində  vaxtlarını daha səmərəli keçirmək məqsədilə #evdəqal layihəsi çərçivəsində "Slavic Open"(online) intellektual bilik yarışması keçirilib. Yarışda 35 nəfər tələbə iştirak edib.

   

Yarış aşağıdakı mövzularda keçirilib:                                             

  1. Tarix
  2. Ölkələr
  3. Musiqi
  4. İdman                                                   
  5. Filmlər  

 

  Sonda qalib gələn tələbələr sertifikat ilə təltif olunublar. Qalib olan tələbələr aşağıdakılardır :                           

  1. Gülnar Rəhimova  və Nəzrin Əlişova
  2. Sənan Nəbizadə
  3.  Nizami Xəlilov

      

                                                                                                                                                    Mətbuat Xidməti