Xəbər verildiyi kimi,1-15 aprel 2020-ci il tarixində online “Tələbə baharı” Xlll Ümumrespublika Tələbə Yaradıcılığı Festivalının seçim mərhələləri keçirilib. Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin tələbəsi Aytac Samullayeva festivalın seçim mərhələlərindən uğurla keçərək final mərhələsinə çıxıb. Festivalın final mərhələsində isə o,l yeri tutaraq festivalın qalibi olub.
Biz də festivalın qalibi olmuş gənc və istedadlı tələbəmiz Aytac Samullayevanı ürəkdən təbrik edir,ona həyatda, təhsildə və musiqi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.
Mətbuat Xidməti