Bakı Slavyan Universitetindən növbəti humanist addım

   

   

   

Ümumdünya Səhiyyə Təşkilatı  tərəfindən pandemiya elan olunmuş koronavirus (COVİD-19) epidemiyası ilə əlaqədar olaraq Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi ,professor-müəllim heyəti ,tələbə-gəncləri və əməkdaşları bu yoluxucu xəstəliyə qarşı dövlət səviyyəsində həyata keçirilən səmərəli mübarizədə,aparılan genişmiqyaslı tədbirlərdə fəal iştirak edir , xalqımıza və ölkə rəhbərliyinə lazımi dəstək verir.Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın koronavirus xəstəliyi ilə bağlı müraciətlərini, tövsiyə və çağırışlarını, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın, Təhsil Nazirliyinin əmr və qərarlarını əsas tutan  BSU-nun kollektivinin atdığı növbəti humanist addım təqdirəlayiqdir. Belə ki, BSU-nun Mətbuat Xidmətindən AZƏRTACA-a verilən məlumata görə, universitetin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın müvafiq tövsiyə və əmrinə əsasən, aprelin 10-da bu ali təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən universitetin yaşı 65-dən yuxarı olan professor-müəllimlərinə,həmçinin inzibati-təchizat sahəsində çalışan əməkdaşlarına  ərzaq yardımı edilib.  Qeyd edək ki,ümumilikdə 47 nəfər ehtiyacı olan aztəminatlı şəxsə edilən ərzaq yardımı BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, İnzibati-təsərrüfat işləri üzrə prorektoru Nurəddin Quliyev və universitetin tələbə-könüllüləri tərəfindən onlara yaşadıqları evlərdə çatdırılıb.

BSU-nun ərzaq yardımı alan müəllim və əməkdaşları  göstərilən diqqət və qayğıya,qədirbilənliyə görə universitetin rəhbərliyinə təşəkkür edərək xalqımızın,eləcə də bütün dünyanın tezliklə bu təhlükəli xəstəlikdən xilas olmasını arzulayıblar.