Ali Attestasiya Komissiyasının sədri Bakı Slavyan Universitetində

     Fevralın 28-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayevlə görüş keçirilib. BSU-nun Elmi Şurası və AAK-ın qərarı ilə yaradılmış Dissertasiya Şurası üzvlərinin, eləcə də gənc tədqiqatçıların iştirak etdikləri tədbiri giriş sözü ilə açan rektor, professor Nurlana Əliyeva universitetin Ali Attestasiya Komissiyası ilə sıx əməkdaşlıq etdiyini, Komissiyanın yeni rəhbərliyinin həyata keçirdiyi islahatların elmi ictimaiyyət, o cümlədən universitet kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını diqqətə çatdırıb və professor-müəllim heyətinin, xüsusilə gənc tədqiqatçıların AAK sədri ilə görüşünün hər iki tərəf üçün faydalı olacağına əmin olduğunu bildirib.

    Azərbaycan Respublikasının Prezidenti yanında AKK-ın sədri, professor Famil Mustafayev tədbirdə geniş məruzə ilə çıxış edərək, Komissiyanın fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımların ölkə Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən struktur dəyişikliklərin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib. Komissiyanın fəaliyyətinə dair məlumatları auditoriyaya müqayisəli şəkildə təqdim edən sədr elmi dərəcə və elmi adların verilməsi ilə bağlı yeni qaydaların əvvəlki qaydalardan, yeni forma və məzmunlu attestasiya sənədlərinin – diplomlar, attestatlar və şəhadətnamələrin ötən illərdəki sənədlərdən nə ilə fərqləndiyini, dissertasiya şuraları və elmi seminarların fəaliyyətində yeniliklərin nədən ibarət olduğunu diqqətə çatdırıb.

     Sonda Komissiyanın sədri BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun, Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərovun, professorlar Aslan Məmmədli və Flora Naciyevanın, tədbirdə iştirak edən digər alimlərin, elmi dərəcə və elmi ad iddiaçılarının çoxsaylı suallarını cavablandırıb.

Mətbuat Xidməti