BSU-da “FRED” platformasının təqdimatı keçirilib

   

            Fevralın 21-də Bakı Slavyan Universitetində  (BSU) ERASMUS+(PETRA) layihəsi çərçivəsində Fransanın Azərbaycandakı səfirliyininin Əməkdaşlıq və mədəniyyət işləri üzrə müşaviri,  Azərbaycanda Fransız İnstitunun direktoru cənab Jerom Kel tərəfindən fransız dilinin tədrisi üzrə minlərlə pedaqogika və dilçilik sahələrini əhatə edən “FRED” platformasının təqdimatı keçirilib. Tədbirdə BSU-nun Roman filologiyası kafedrasının müəllimləri və fransız dilini öyrənən tələbələr iştirak ediblər.

    Tədbirin ikinci hissəsində Azərbaycanda Fransız İnstitutunun kitabxanasının müdiri İlkin Babayev “Culturetheque” platforması haqqında çıxış edib. İlkin Babayev çıxışında onlayn kitabxananın fransız dilində 200 000-dən artıq vəsaitlinin (kitab, jurnal, komiks, DVD, CD, uşaqlar üçün kitablar) olduğunu vurğulayıb, iştirakçılara  bu vəsaitlərdən səmərəli şəkildə istifadə qaydalarını izah edib.

     Sonra BSU-nun  Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri Zinyət Səmədzadə və Aynurə Heydərova  Fransa və Azərbaycanın milli bayramları haqqında çıxış ediblər. Tələbələr əcnəbi qonağa Azərbaycanın qonaqpərvərliyindən və adət-ənənələrindən danışıb, milli mətbəxdən nümunələr təqdim ediblər.

         Mətbuat Xidməti