BSU-da təhsil alan əcnəbi tələbələr “Azərbaycan Respublikası ərazisində Əmək Miqrasiyasının tənzimlənməsi” mövzusunda tədbirdə iştirak ediblər

      Fevralın 5-də Bakı Slavyan Universitetində təhsil alan bir qrup əcnəbi tələbə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın təşkil etdiyi “Azərbaycan Respublikası ərazisində Əmək Miqrasiyasının tənzimlənməsi” mövzusunda tədbirdə iştirak ediblər.

   

     Dövlət Miqrasiya Xidmətinin Bakı Regional Miqrasiya Mərkəzində  keçirilən tədbirdə miqrasiya qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər,  müvəqqəti və daimi yaşama icazəsinin alınması, ölkədə miqrasiya prosesini əhatə edən yeniliklər və miqrasiya sahəsində mövcud  qanunvercilik aktlarının tələblərinə dair ətraflı məlumat verilib.

     Görüşün  sonunda Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən əcnəbi tələbələri maraqlandıran suallar  cavablandırılıb.

Mətbuat Xidməti