BSU-nun tələbəsi Murad Ayazlı könüllülük hərəkatında fəal iştirak edir

  

     Murad Ayazlı Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin III tədris ili tələbəsidir. M.Ayazlı I tədris ilindən Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramına qoşularaq könüllülük fəaliyyətinə başlayıb. Sonra BSU üzrə könüllü-koordinator seçilib. 2019-cu ildə keçirilən Azərbaycan tələbə-könüllülərinin Forumunda “Ən fəal koordinator” seçilərək Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.

   

     Bakıda keçirilən “Formula 1”, Para Cüdo, Baku Open 2018-2019-Karate və digər beynəlxalq yarışlarda könüllü kimi, UEFA Bakı-2019-un final yarışlarında isə qrup lideri olaraq fəaliyyət göstərib.  “Böyük Dəbilqə”, “Badminton” kimi beynəlxalq tədbirlərdə, o cümlədən respublikamiqyaslı müxtəlif tədbirlərdə fəal könüllü qismində iştirak edib.

   

     Murad Ayazlı “İrəli” İctimai Birliyinin 2019-cu ilin 24 dekabrında keçirilən Hesabat Konfransında “Ən yaxşı universitet koordinatoru” mükafatına layiq görülüb. Hazırda Bakı Konqres Mərkəzində könüllü kimi fəaliyyət göstərir.

Mətbuat Xidməti