BSU-nun fəal tələbə-könüllüsü

   

     Murad Hüseynli Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin I tədris ili tələbəsidir. 16 yaşından könüllülük fəaliyyətinə başlayıb. İlk könüllülük fəaliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində olub.

   

     Sonra Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramının BSU üzrə könüllüsü olub. Hazırda "Bir" Tələbə-Könüllü Proqramı üzrə BSU-nun  koordinatoru kimi fəaliyyət göstərir. Murad Hüseynli eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) könüllü kimi fəaliyyət göstərir.

Mətbuat Xidməti