BSU-nun müəllim və tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər

   

   

                              

     1990-cı ilin 20 Yanvar faciəsindən otuz il keçir. 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Azərbaycanda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir. Yanvarın 20-də isə xalqımız Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid soydaşlarımızın məzarlarını ziyarət edir, onların əziz xatirələrini hörmətlə anır. Yanvarın 20-də Bakı Slavyan Universitetinin (BSU) müəllim və tələbələri də Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı BSU-nun müəllim və tələbələri xalqımızın qəhrəman oğul və qızlarının məzarları önünə tər qərənfillər düzərək onların əziz xatirələrinə bir daha hörmət və ehtiramlarını ifadə ediblər.

Mətbuat Xidməti