BSU-nun Azərbaycan filologiyası fakültəsində 20 Yanvar faciəsi yad olunub

     Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

     Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Anım tədbirini giriş sözü ilə açan Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev 20 Yanvar faciəsi barədə tələbə-gənclərə məlumat verib, canlı şahidi olduğu hadisələr haqqında acı təəssüratlarını bölüşüb.

     Daha sonra Azərbaycan filologiyasının II tədris ili tələbələri Sadəgül Baloğlanova, Aytəkin Əlizadə və I tədris ili tələbəsi Nərgiz Ağasoy 20 Yanvar faciəsinə həsr olunmuş bədii kompozisiya təqdim ediblər.

     Tədbirin sonunda çıxış edən Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Fərrux Məmmədov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Rasimə Əsgərova Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş soydaşlarımızın xatirələrinə ehtiramlarını ifadə ediblər.

Mətbuat Xidməti