BSU-da təhsil alan əcnəbi tələbələr Şəhidlər xiyabanını ziyarət ediblər

      Milli birlik və vətənpərvərliyin rəmzinə çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan Şəhidlər xiyabanını ziyarət edir, şəhid düşmüş soydaşlarımızın əziz xatirəsini böyük ehtiramla anır.

   

     20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Bakı Slavyan Universitetində (BSU) təhsil alan əcnəbi tələbələr yanvarın 17-də BSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanlığının təşkilatçılığı ilə Şəhidlər xiyabanını ziyarət ediblər. Əcnəbi tələbələr Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmalarımızın məzarları önünə tər qərənfillər düzərək, onların əziz xatirələrinə ehtiramlarını ifadə ediblər.

Mətbuat Xidməti